Dağlıq Qarabağda yaralanan Ermənistan əsgəri- Moskvada müalicə olunacaq
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan Ermənistan silahlı qüvvələrinin əsgəri Avetis Zarqaryan Rusiya paytaxtı Moskvadakı xəstəxanalardan birində müalicə olunacaq.
Bunu əsgərin anası Sonya Zarqaryan bildirib.
Anası deyib ki, A.Zarqaryan yanvarın 26-da müalicə məqsədlə Rusiya paytaxtına yola salınacaq.
Məlumata görə, 1998-ci ildə doğulan A.Zarqaryan ötən il Ermənistanın işğalı altında saxladığı Azərbaycan torpaqlarında gedən 4 günlük döyüşlərdə yaralanıb.
Miq.Az