Damla: “Nə evli sevgilim, nə “Porsche”m var”

Damla: “Nə evli sevgilim, nə “Porsche”m var”
Müğənni Damla ayrıldığı sevgilisinin hədiyyə etdiyi "Porsche” markalı avtomobili onun əlindən alması barədə yayılan xəbərlərə aydınlıq gətirib

Musavat.com saytına açıqlama verən ifaçı yayılan xəbərlər həqiqəti əks etdirmir:
" "Bozbaş pictures”in çəkilişi üçün o maşını icarəyə götürmüşdük. Reklam xarakterli idi. Sonra da maşını qaytardıq. Mənim avtomobilim "Toyota”dır. İstəyən gəlib çəksin. Özlərindən yalan xəbər yaymasınlar. Ayın 30 günü toydayam. Mən özümə maşın alacaq gücdəyəm. Niyə sevgilimin maşınını sürüm? Mənim nə evli sevgilim, nə də "Porsche”m var”.
Qeyd edək ki, müğənninin avtomobilinin əlindən alınması haqda xəbəri azxeber.com saytı yaymışdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az