
Uzun zaman erməni lobbisinin yalı ilə yallanan Şvabe və onun kimilər hazırda Azərbaycanın qətiyyəti qarşısında hər dəfə məğlub olandan sonra daha da quduzlaşırlar. Bu həddə çatdıqları üçün isə əllərinə düşən hər bir tribunadan sui-istifadə edərək Azərbaycana, ayrı-ayrı siyasətçilərə qarşı təhqirlər yağdırmaqdan belə çəkinmirlər. Amma bir şeyi unutmurlar ki, hər bir xoş və bəd addımın həm də bumeranq effekti olur. Elə ixtiyarı erməni lobbisinin əlində olan Frank Şvabe də bizim bu yazını Azərbaycana qarşı etdiyi iyrəncliklərin bumeranq effekti kimi dəyərləndirə bilər.
Erməni lobbisinin "uşağı” olduğuna dair sübutlar
Bu Şbavenin ermənilərin, erməni lobbisinin "uşağı olması”, təpədən dırnağa qədər ermənilərin işğalçılıq siyasətinə xidmət etməsini sübuta yetirmək heç də çətin deyil. Bunun üçün sadəcə bu vaxta qədər mediada qeyd edilən, həmçinin ayrı-ayrı ekspertlərin səsləndirdiyi faktlaırn bir neçəsini xatırlatmaq kifayət edər.
Əvvəla, qeyd etdiyimiz kimi, bu adamın Azərbaycan düşmənçiliyini bir səbəbi onun erməni sevgisi ilə bağlıdırsa, digər səbəbi də bu "sevgini” yaradan erməni maliyyəsi ilə əlaqədardır.

Almaniya Parlamenti 2016-cı ilin iyununda qondarma "erməni soyqırımı”nı rəsmən tanıyan zaman meydanda "baş rolun ifaçısı” məhz Frank Şvabe idi.
Eyni zamanda bu dələduz siyasətçi utanmadan, çəkinmədən dəfələrlə bəyan edib ki, Azərbaycan guya "dağlıq Qarabağ”da olan erməni abidələrini məhv edir. Amma bircə dəfə kişilik edib, demir ki, ermənilər işğal altında saxladıqları Azərbaycan torpağında olan abidələrin, xüsusən məscidlərin demək olar ki, hamısını darmadağın edib. Bircə dəfə "Azərbaycan əsgəri o boyda Qarabağda bayraq sancmağa bir bina tapmırdı” sözlərini dilinə gətirmir.
Şvabe və onun kimilər mərdlik, kişilik hisslərindən tamamilə uzaqdır
Əslində, bunu demək ikiüzlü Qərb ölkələrində belə mərdlik sayılır. Frank Şvabe və onun kimilər isə mərdlik, kişilik hisslərindən tamamilə uzaqdır. Əgər belə olmasaydı, o heç olmasa bircə dəfə də Ağdamın nə üçün Qafqazın Hiroşiması adlandırılması barədə düşünərdi. Təbii ki, normal düşünmək qabiliyyəti varsa…
Frank Şvabe həm də haqqı, ədaləti müdafiə edən şəxslərə qarşı hücumları ilə də "fərqlənir”. Bu "fərqlənmək” isə hətta faciə ilə nəticələnib. Yenə faktlara müraciət edək.
Deməli, bu siyasət dəllalı 2019-cu ildə Almaniya parlamentində çıxışı zamanı Azərbaycanı müdafiə etmiş deputat həmkarı Karin Strenzi əsassız olaraq korrupsiyada ittiham etmişdi. Daha doğrusu utanmadan-çəkinmədən yalan, iftira səsləndirmişdi. Necə deyərlər, öz adını başqasına qoymuşdu. Özü korrupsioner, dələduz, erməni lobbisinin pulunu qulu olan bu vələdüznanın həmin əsassız iddiasından xanım deputatın toxunulmazlığını qaldırdılar.

Onun bu çirkin əməli isə faciə ilə nəticələndi – təzyiqlərə, yalan və iftira kampaniyasına ürəyi dözməyən Karin Strenz 2021-ci ildə 53 yaşında dünyasını dəyişdi.
7 qlobal maliyyə fırıldağında adı keçən deputat
Frank Şvabenin pula, korrupsiyaya meyilliyinə gəlincə, məlumatlara görə, bu alman deputatın adı indiyə qədər nə az-nə çox, düz 7 qlobal maliyyə fırıldağında keçib. Amma hansısa qaranlıq gücün dəstəyi sayəsində bu dələduz məlum cinayət işlərindən yaxasını qurtara bilib.
Əslində, bu qaranlıq gücün kim, yaxud kimlər olması barədə ehtimal etmək heç də çətin deyil. Məsələ burasındadır kİ, F.Şvabe Almaniyanın deputatı olsa da, Almaniya dövlətinin, Bundestaqın və bütövlükdə Berlinin siyasi kursunun ziddinə addım atıb, hazırda da atır.
Əvəzində isə belə deməkmümkünsə, Fransanın, dahadoğrusu Makron rejiminin hazırladığı plana uyğun olaraq addımlar atır. Bunun əyani sübutlarından biri isə odur ki, məlumatlara əsasən, Şvabe milliyətcə alman olsa da, AŞPA-da Almaniyanı təmsil etsə də, əsas təlimatları, əmrləri, buyruqları birbaşa Fransadan alır. Bunun əyani sübutlarından biri isə Frankın AŞPA Plenar iclaslarında yalnız Fransa nümayəndə heyətinin üzvləri ilə bərabər oturması və sadəcə Makrona yaxın şəxslərlə məsləhətləşməsidir. Eyni zamanda bir məqamı xatırlatmaq yerinə düşər ki, Şvabenin Almaniyada 1, Fransada isə 12 mülkü var.

Bütün bunlar isə Şvabenin erməni istəyinin həm də Fransa amilindən qaynaqlandığını deməyə əsas verir. Eyni zamanda yuxarıda bəhs edilən məlum cinayət işlərindən yaxasını necə qurtardığına işıq salır.
Təbii ki, Frank Şvabenin əməlləri, cinayətləri, ermənidən artıq ermənilik etmək istəyi barədə çox danışmaq olar. Lakin düşünürük ki, elə bu yazımızda qeyd edilənlər də onun kimliyinin xəritəsini cızmağa yetərlidir.
Sonda Azərbaycanın bir atalar sözünü xatırlatmaq yerinə düşər. Deyir it hürər, karvan keçər. Azərbaycanın Zəfər karvan da tezliklə Zəngəzur dəhlizindən keçərək Türk dünyasını coğrafi baxımdan da birləşdirəcək!