Dələduzluq edən azərbaycanlı həkimə hökm oxundu

Dələduzluq edən azərbaycanlı həkimə hökm oxundu

Tbilisi şəhər məhkəməsi "Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü elan edib.

Miq.Az -ın APA-ya istinadən məlumatına görə, məhkəmənin qərarı ilə F.Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub.
 
Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb. 
 
Qeyd edək ki, cərrah F. Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında Gürcüstanda həbs olunub.
 
O, klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə və pasientlərdən aldatma yolu ilə külli miqdarda pul mənimsəməkdə ittiham olunub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az