Deputat: “Həmişə olduğu kimi bədxahlar Baydenin məktubu barədə də nələrsə uydura bildilər”

Deputat: “Həmişə olduğu kimi bədxahlar Baydenin məktubu barədə də nələrsə uydura bildilər”
"ABŞ Prezidenti Cozef Baydenin Bakıda keçirilən Enerji Həftəsinin açılış mərasiminə məktub ünvanlaması, ölkə başçımızı təbrik etməsi, tədbirdə dünyanın aparıcı dövlətlərinin iştirakı həm bu tədbirin önəmini, həm də ölkəmizin nüfuzunu, cənab İlham Əliyevin qlobal lider kimi tanınmasını özündə ehtiva edir. Baydenin məktubunda çox maraqlı məqamlar var. O, Azərbaycanı konkret olaraq Qafqazın lider ölkəsi kimi tanıdığını, rəsmi Bakı ilə Vaşinqtonun bütün sahələr üzrə işləyəcəyini, Azərbaycanın çox yaxşı tərəfdaş olduğunu bildirdi. COP29-la bağlı dəstəyini ifadə etməsi də təbiidir. Baydenin  "Azərbaycan qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır” fikirlərinə müxtəlif don geyindirənlər də tapıldı. Həmişə olduğu kimi bədxahlar bunda da nələrsə uydura bildilər. Guya Azərbaycan hakimiyyəti Baydenə hansısa vədlər verib. Dəfələrlə demişik ki, dırnaqarası müxalifət birdən-birə günəşin batsa, dolu yağsa, onda da iqtidardan şübhələnəcək. Təbii ki, Azərbaycanın uğuru sayılan məsələlərin də kökündə nəsə axtarmağa çalışmaları yalnız ironiya doğurur. Hətta belə insanların psixi durumlarında problem olduğu təsəvvürünü yaradır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

 

"Təbii ki, Co Bayden Azərbaycanın yürütdüyü xarici siyasəti  anlayır, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanı yaxşı tanıyır, onun uğurlarını görür, başa düşür və qəbul edir. Öz məktubunda da hamısını ifadə edib. Azərbaycanın apardığı uğurlu siyasət durmadan onun beynəlxalq imicini və nüfuzunu qaldırmağa xidmət edir. Ölkə başçısı cənab İlham Əliyev dünyanın nüfuzlu siyasi rəhbərlərindən biridir. 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən uğurlu taktiki gedişlər, ölkəmizin üzərinə gələn hücumların qarşısının ustalıqla alınması, bir çox preventiv işlərin görülməsi cənab İlham Əliyevin mahir siyasət ustası olduğunu dünyaya sübut edir. Təbii ki, böyük ölkələrin siyasətləri də çoxgedişli olur. Bir ölkənin dövlət başçısı hansısa məsələni deyə bilər, lakin həmin ölkənin parlamenti başqa qanun qəbul edə bilər, yaxud hökumət başqa fikir söyləyər. Təbii ki, belə gedişlər olur. Azərbaycan tərəfi isə bunları həmişə düzgün hesablayır, təzyiqləri önləmək üçün uğurlu siyasət həyata keçirir. Bakıda çox mötəbər beynəlxalq Enerji Həftəsi keçirilir. Bu özündə üç böyük tədbiri birləşdirir. Dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edir. Enerji ilə bağlı vacib məsələlər müzakirə olunur, qərarlar verilir. Bu sahə ilə bağlı dünyanı düşündürən önəmli tədbir hər il nüfuzunu artırmaqdadır. Bu il həm də ulu öndər Heydər Əliyevin yadigarı olan "Əsrin müqaviləsi”nin ildönümüdür. Neft-qaz sahəsində Ulu Öndərin təşəbbüsü ilə keçirilən sərginin də yubiliyedir. Bunların da hər biri beynəlxalq tədbirdə müzakirə olunur. Əlbəttə ki, ölkəmizin uğurlarına dostlar sevinəcək, düşmənlərin gözü kor olacaq...”, - deputat bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az