Deputat: “Karasinin deməyi ilə konsulluq açılmır...”

Deputat: “Karasinin deməyi ilə konsulluq açılmır...”
"Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə Baş konsulluğun açılmasının bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcəyini deyib. Baş konsulluğun açılması məsələsi ilk növbədə Xarici İşlər Nazirliyi səviyyəsində razılaşdırılmalıdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

 

"Xarici işlər nazirləri arasında belə razılaşma ilə bağlı rəsmi məlumat olmadığı halda, Xankəndidə Baş konsulluğun açılacağı ilə bağlı fikir demək çətindir. Yən bu fikir ola bilsin ki, Qriqori Karasinin şəxsi düşüncəsidir və onun deməyi ilə konsulluqlar açılmır”, deputat bildirib. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az