Deputat: “Nömrə mobil operatora məxsusdur, ona göstəriş vermək olmaz ki, niyə ləğv edirsən...”

Deputat: “Nömrə mobil operatora məxsusdur, ona göstəriş vermək olmaz ki, niyə ləğv edirsən...”
"Son zamanlar mobil operatorlar vətəndaşların telefon nömrələri ilə bağlı bəzi qərarlar qəbul ediblər. Müəyyən bir müddət ərzində balansa yatırım olmursa, həmin nömrələr bağlanır. Bu barədə SMS vasitəsilə həmin abonentlərə xəbərdarlıq göndərilib. Belə bir qərarın qanunauyğun olub-olmadığı məndə narahatlıq yaradır. Hazırda, demək olar, əksər insanlar yazışmaları sosial şəbəkələr, xüsusilə "Votsap” üzərindən həyata keçirirlər. Belə halda onların mobil operatorlara aylıq ödəniş etməyə ehtiyacları yoxdur. İnsanların evlərində, iş yerlərində "WiFi” olur və buna görə mobil nömrədən istifadə edirlər. Nömrə mobil operatora aiddir. Təbii ki, operator buna görə haqq almaq istəyir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, artıq mobil operatorlar qazancı yalnız internet satışından əldə edirlər: "Mobil operatorlar danışıqdan pul qazana bilmirlərsə, vətəndaşlara müxtəlif asanlaşdırıcı xidmətlər, məhsullar təqdim etməlidirlər ki, bunun üzərindən pul qazanmağa çalışsınlar. Bu ya onların ağıllarına gəlmir, ya da belə bir xidmət təqdim edə bilmirlər. Buna görə də vətəndaşa məcbur edirlər ki, nömrəyə görə aylıq pul ödəsinlər. Bu da vətəndaşlarda narazılıq yaradır. Hər halda nömrə mobil operatora məxsusdur, ona göstəriş vermək olmaz ki, bunu niyə edirsən. Düşünürəm, dövlət, hökumət səviyyəsində mobil operatorlarla bağlı yüngülləşdirici qərarlar ola bilər. Vətəndaşları da, mobil operatorları da dinləmək, toplantı keçirmək olar ki, hər kəs öz sözünü desin. Belə bir müzakirənin ictimai dinləmə şəklində hətta parlamentdə keçirilməsi mümkün ola bilər. Bu, rəhbərlikdən asılıdır. Mobil operatorlarla bağlı bizə də müraciətlər var. Məsləhət olarsa, rəhbərlik məqbul görərsə, müvafiq komitədə, yaxud ictimai dinləmə şəklində müzakirə keçirilməsi mümkün olsa, sevinərdim. Parlament işinə başlasın, yəqin ki, bu məsələlər bir daha gündəmə gələcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az