Deputat: Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır

Deputat: Uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır
Təcrübəsi və informasiyası az olan, düşünmə qabiliyyəti o qədər də güclü olmayan uşaqlara qarşı virtual aləmdə zorakılıq əməlləri geniş yayılır. Bu kimi hallara qarşı nəzarət tədbirləri olmalıdır.

 

Bu fikirləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı parlamentin mayın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu gün hələ də ölkədə erkən nikah, zorakılıq, dilənçilik, xüsusilə də uşaqların məcburi əməyə cəlb olunması faktları az deyil:

 

"Bu kimi hallara qarşı mübarizədə cinayət təqibi ilə yanaşı, geniş maarifləndirmə işlərinə də ehtiyac var. Azərbaycanda insan alveri ilə bağlı qanunvericilik bazası mükəmməl olsa da, onların icrası ilə əlaqəli nəzarət mexanizmi gücləndirilməli, mütəmadi monitorinqlər təşkil olunmalıdır. Bu gün virtual internet problemi hər kəsi narahat edir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az