Deputatdan sensasion təklif: Xəzərin dibi ilə avtomobil yolu…

Deputatdan sensasion təklif: Xəzərin dibi ilə avtomobil yolu…
Daha əlverişli biznes mühiti, Ermənistanla sülhə, regional təhlükəsizliyə nail olmaqla, sərhədlərin, bu yolla yeni iş yerlərinin açılmasına çalışmalıdır. Regionun daha sıx iqtisadi inteqrasiyası və azad ümumi bazar yaradılması üçün təşəbbüslərlə çıxış etməliyik.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan üzərindən Rusiyadan İrana qaz kəmərinin çəkilməsinə razılıq verdiyimizdən, tələb etməliyik ki, Rusiya və İran da Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə mane olmasın:

"Türkiyə və Azərbaycan Xəzərin dibi ilə dəmir və avtomobil yolunun çəkilməsi barədə müzakirələr açmalıdırlar. İqtisadiyyatın sürətli inkişafı üçün dövlət sektoru özəlləşdirilməli, bürokratik əngəllər aradan qaldırılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə işlər görülməlidir”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az