Deputatın 29 yaşlı oğlu necə öldü? – Təfərrüat

Deputatın 29 yaşlı oğlu necə öldü? – Təfərrüat

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun oğlu 29 yaşlı Elçin Qasımovun İsveçrədəki qış turizm mərkəzində ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Axar.az-ın məlumatına görə, E.Qasımov ölümündən bir neçə saat əvvəl anası ilə görüntülü danışıb. Həmin zaman heç bir problem olmayıb.

Bunun ardınca dostu ilə birgə xizək sürmək üçün Alp dağına qalxan Qasımovun halı qəfildən pisləşib. Dostu kömək çağırıb və hadisə yerinə çağırılan təcili-tibbi yardım helikopteri ilə xəstəxanaya aparılsa da, E.Qasımov yolda dünyasını dəyişib.

Mərhumun ekstrim idman növlərinə həvəsli olduğu bildirilir.

Millət vəkili Əsabil Qasımov oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Publika az yazıb ki, Əsabil Qasımovun qardaşı ilə bərabər, böyük oğlu Taleh Qasımov da cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.

Qeyd edək ki, Elçin Qasımovun ötən gün İsveçrədə Alp dağlarında xizək sürərkən yıxılaraq öldüyü barəsində məlumat yayılıb. Mərhum atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən "Karat Holding”də şöbə müdiri vəzifəsində çalışırmış.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az