Deputatın və keçmiş icra başçısının oğlu İŞDƏN ÇIXARILDI

Deputatın və keçmiş icra başçısının oğlu İŞDƏN ÇIXARILDI

Milli Məclisdə kadr islahatları davam etdirilir.

Miq.Az "Report"a itinadən xəbər verir ki, parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elmir Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.

Bundan əlavə, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclisin Aparatındakı işindən kənarlaşdırılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az