https://www.gununsesi.info/wp-content/uploads/2024/10/456-scaled.jpeg 1024w, https://www.gununsesi.info/wp-content/uploads/2024/10/456-768x484.jpeg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2024/10/456-760x475.jpeg 760w" sizes="(max-width: 321px) 100vw, 321px" style="letter-spacing: 0px; box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />
Bəs görəsən, deputlar özləri bu məsələyə necə yanaşır?
Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Elman Nəsirov belə deyib:
https://www.gununsesi.info/wp-content/uploads/2024/10/30-3-768x819.jpg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2024/10/30-3.jpg 960w" sizes="(max-width: 384px) 100vw, 384px" style="box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />
"Söhbət dövlət əhəmiyyətli məsələlərdən gedirsə, təəssüf edirsən ki, bu insan kaş onu etməyəydi. Qanun şahdır, əgər onun tələblərini pozursansa, məsələ dəyişir. Bizdə intizamla bağlı komissiya var, hansısa məsələdə yığışır və obyektiv qərar verir. İndi kimsə qanunsuzluq edəcəksə, biz dostluğu seçək, ya qanunu?!”
Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov da məsələni bu cür şərh edib:
https://www.gununsesi.info/wp-content/uploads/2024/10/20-3.jpg 700w" sizes="(max-width: 387px) 100vw, 387px" style="box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />
"Parlament təbii olaraq, kollegial bir orqandır. Hər yerdə olduğu kimi burada bir kollektivdir və başqa-başqa xarakterli, dünyagörüşlü insanların təmsil olunduğu yerdir. Birlikdən danışsaq, hər hansısa bir qərar veriləndə hər kəsin bir səsi var və hər bir deputat partiya maraqlarını da nəzərə alır. Deputatlarla bağlı məsələlərdə hər kəsin fərqli fikri ola bilər, istəyən istədiyi adamlar dostluq edər. Amma o məsələ ki, konstitusiyaya, qanuna ziddir, məsələ qanunla həllini tapmalıdır, bu məqamda deputat qanunun aliliyi rəhbər tutmalıdır. Heç kim burada şəxsi maraqlarını üstün tuta bilməz. Burada dövlət maraqları, ümumixalq məsələləri daha əsasdır, nəinki digər məqamlar. Zamanla baş verənlər bir kənara, amma hazırda deputatlar arasında səmimi, mehriban, həm də dostluqlar üzərinə qurulan bir mühit var.”
O cümlədən, Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da fikirlərini bu cür əsaslandırıb:
https://www.gununsesi.info/wp-content/uploads/2024/10/10.webp 640w" sizes="(max-width: 321px) 100vw, 321px" style="box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />
"Ümumiyyətlə, Milli Məclisdə bu münasibətləri bir neçə istiqamətdə götürmək olar. Birincisi, doğrudan da gerçək dostluq əlaqələri olur, ikincisi, təkcə işgüzar münasibətlər, üçüncüsü isə sadəcə, kolleqa kimi salam-sağol münasibətləri. Ona görə də bu məsələdə məncə, hansısa bir şəkildə dostluq və qanun arasında müqayisə aparmaq doğru deyil. Çünki hər bir kəsin vəzifə məsuliyyəti var və addımlar da buna görə atıla bilir. Məsələn, hansısa bir deputat intizam məsuliyyətinə cəlb olunursa, bu, ədalətli bir şəkildə olmalıdır. Qanunla yanaşı vicdan, ədalət də sözünü deməlidir. Şəxsən mənim üçün birinci prinsip budur: "Ədalət!” Bütün məsələlərdə birinci üstünlüyü buna verirəm. Məsələlərə təkcə qanunun hərfi mənasında yanaşmağın tərəfdarı deyiləm. Onsuz da, bunun üçün məhkəmə var. Bir sözlə, kim olur olsun, vicdansızlığa yol vermək olmaz. İstər deputat, istərsə də başqa bir şəxs.”