Diktatorun yataq xəstəsi olması üzə çıxdı - Qətillər, stress və piylənmə...
Uzun zamandır gündəmə gəlməyən diktator Şimali Koreya diktatoru Kim Çen Inın xəstə olduğu üzə çıxıb.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, Kim Çen Inın həddindən artıq kökəldiyi bildirilir.
Ən son alınan məlumatlara görə, 32 yaşındakı gənc lider indidən 130 kilo
çəki alıb.. Onun yorğun olduğu və ürək xəstəliyinə tutulduğu da qeyd
olunur.
ƏSƏB VƏ STRESS...
5
il əvvəl hakimiyyətə gələndə 100 kilo çəkisi olan diktator, artıq
çəkidən azad olmaq əvəzinə daha da kökələrək 130 kiloya çatıb.
Cənubi Koreya və Yaponiyanın qəzetlərinin yazdığına görə, Kim xüsusən
2013-cü ildə əmisinin oğlu Çanq-Sonqu edam etdirdikdən sonra
sinir-stress xəstəliyinə tutulub. Onun ciddi kökəlməsinə səbəblərdən
biri də məhz bu olub.
"The Japan Times" qəzeti
yemə içməsinə diqqət etməyən, həkimlərini qulaq asmayan liderin gənc
yaşda həyatını riskə atdığını yazıb. 2014-cü ildə çəki artımını
dayandırmaq üçün mədəsinə qandal qoydurduğu bildirilən diktatorun, bu
müalicə üsulu da diktatorun çəki artımının dayanmasına səbəb olmayıb. O,
daha da çəki alması ilə yanaşı bir çox xəstəkilərə də dücar olub.
HƏYATİ TƏHLÜKƏSİ OLA BİLƏR
Həkimlərin
tövsiyələrinə qulaq asmayan Kim Çen In həddindən artıq siqaret və
aklol istifadə edir. İndiyə qədər bir çox əməliyyat keçirən diktatorun
bu şəkildə davam etməsi halında həyati təhlükələr yaşaya biləcəyi
bildirilir.
KEÇMİŞ AŞPAZDAN ŞOK AÇIQLAMALAR
İngiltərənin
"Daily Mirror" qəzetinin ötən il gündəmə gətirdiyi xəbərdə, Kim Çen
Inın hədsiz ət, siqaret və spirt istifadə etdiyini, qaraciyərində və
mədəsində ciddi problemlər olduğunu yazmışdı.
13 il ərzində
Kim Çen Inın atasına aşpazlıq edən və 2011-ci ildə bu ölkədən ayrılıb
Yaponiyada yaşayan Kenji Fujimoto bir yapon qəzetinə mövzu ilə bağlı
maraqlı açıqlamalar verib. Aşpaz Kim Çen Inın yeməyə çox düşgün
olduğunu, miqdar və sağlamlığına diqqət etmədən hər cür yemək yediyini
deyib.
ATASINA OXŞAMAQ ÜÇÜN KÖKƏLİR
Cənubi
Koreya Beynəlxalq İqtisadiyyat və Pollitika İnstitutunun əməkdaşı
Myunq-Chul isə diktatorun kökəlməsi haqqında bunları deyib.
"Cənubi
koreyalılar üçün arıq olmaq vacibdir. Amma şimali koreyada bunun
əksinə kök olmaq yaxşıdır deyirlər. Güman edirəm, Kim Çen bilərəkdən
atasına bənzəmək üçün kilo almaq istəyir."