“Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad ediləcəklər”

“Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluqdan azad ediləcəklər”
"Dilqəm Əsgərov və Şahbaz Quliyev Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu tərəfindən girovluqdan azad ediləcəklər”.

Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.

Ə.Həsənov vurğulayıb ki, D.Əsgərov və Ş.Quliyevin girovluqda qalması hər bir azərbaycanlını narahat edir: "Bu problemlə Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə özü məşğuldur və bütün görüşlərdə bu məsələni qaldırır”.

Ə.Həsənov deyib ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də dəfələrlə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırıb: "Güman edirəm ki, Prezident İlham Əliyev bu gün də Rusiya Prezidenti ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldıracaq”. /Trend.az/
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az