DİN 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb

DİN  6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb
Daxili İşlər Nazirliyi Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb.

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri – Mingəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən – həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib. 

Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az