DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Bakıda narkotik vasitə alverçiləri yaxalanıb.

Miq.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1963-cü il təvəllüdlü Famil Mehdiyev saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 1,040 qram heroin və 0,525 qram narkotik maddə olan metanfetamin aşkar edilərək götürülüb.

Həmin gün Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları isə keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakinləri Eyvaz Aslanovdan 0,046 qram, Mirsəftər Aslanovdan isə 0,027 qram narkotik maddə olan heroin aşkar edərək götürüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az