Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları  Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Noyabrın 4-də Dini Liderlərin Qlobal Sammitində iştirak etmək üçün Bakıya gələn qonaqlar, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin ruhu ehtiramla anılıb, məzarı önünə tədbir iştirakçıları adından əklil qoyulub və dualar oxunub.
Xarici qonaqlar və din xadimləri akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək xatirəsini ehtiramla anıblar.  
        
 Xatırladaq ki, Dini Liderlərinin Qlobal Sammiti noyabrın 5-i və 6-da Bakıdakı "Gülüstan” Sarayında keçiriləcək. Ölkəmizin ev sahibliyi  edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvenssiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində reallaşacaq Dini Liderlərinin Qlobal Sammiti Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyevin himayəsi altında təşkil edilir. "Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçiriləcək Sammitin tərəfdaşları qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.  Dünya və ənənəvi dinlərin liderlərinin, müxtəlif konfessiyaları təmsil edən və dünya miqyasında tanınan din  və ictimaiyyət nümayəndələrinin qatılacağı Qlobal Sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edəcək.
        
 Xarici qonaqların erməni işğalından azad edilən ərazilərə səfəri də nəzərdə tutulub.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az