Diqqət! Binaların həyətində maşını düzgün saxlamayanlar cərimə olunacaq+VİDEO

Diqqət! Binaların həyətində maşını düzgün saxlamayanlar cərimə olunacaq+VİDEO

Binaların həyətində  avtomobili düzgün park etməyənlər cərimə olunacaq.

Miq.Az xəbər verir ki, söhbət avtomobili necə gəldi saxlayaraq digərlərinin qarşısını kəsənlər, hərəkətinə mane olan, ya da yolu bağlayan sürücülərdən gedir. Belə halla qarşılaşanlar vaxt itirir və səs siqnalını verməklə evlərində oturanları da narahat edirlər. Hətta düzgün saxlanılmamış avtomobilin nömrəsini elan edənlər də olur.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyib ki, həmin sürücülər bina sakinlərinin şikayəti əsasında cərimələnəcəklər. Dayanma və durma qaydasını pozduğuna görə onların cəriməsi 20 manat olacaq.

Vaqif Əsədov cərimə olunmamaq üçün onlara maraqlı bir ideya da verib.

Bununla belə, avtomobil sahibləri bilməlidirlər ki, həyətlərdə keçidləri bağlamaqla onlar həm də fövqəladə hallarda yardımlara da mane ola bilərlər.

Miq.Az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az