Paytaxt Bakının ekolojı tarazlığını qorumaq üçün tədbirlər davam etdirilir.
Bu məqsədlə yaxın gələcəkdə benzin və dizel mühərrikli avtobusların ölkəyə gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.
O bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib.
Mais Ağayevin sözlərinə görə, hazırda yeni qərarla bağlı işlər görülür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyulur.
Amma sıxılmış qaz və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş yekunlaşmır.
Mais Ağayev qeyd edib ki, nəqliyyat vasitələrinin işlək vəziyyətdə olması üçün infrastruktur da qurulmalıdır.
Benzin və dizel mühərrikli avtobusların taleyini isə gələcək göstərəcək.
Ekspertlər hesab edir ki, onlara qaz avadanlıqları quraşdırıla, yaxud istismar müddəti bitənə qədər istifadə edilə bilər.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?