DİREKTOR MÜAVİNİ POLİS ŞÖBƏSİNDƏ ÖLDÜ! – Rəsmi açıqlama

DİREKTOR MÜAVİNİ POLİS ŞÖBƏSİNDƏ ÖLDÜ! – Rəsmi açıqlama

DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupu Goranboy Polis Şöbəsində baş vermiş ölüm hadisəsi barədə açıqlama yayıb.

"Report”a daxil olan məlumatda bildirilib ki, axşam saat 20:30 radələrində Goranboy rayon sakini, 1956-cı il təvəllüdlü Yolçiyev İlham Zakir oğlu idarə etidyi "VAZ-2107″ markalı avtomobillə hərəkətdə olan zaman (ailəsi ilə birgə), uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərdib edilib və sonra buraxılıb. İ.Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibbi yardım briqadası çağrılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan zaman yolda ürək tutmasından ölüb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az