Diversant qarşılığında mina xəritələri: Bakı ilə Yerevan yeni razılaşmaya yaxındı

Diversant qarşılığında mina xəritələri: Bakı ilə Yerevan yeni razılaşmaya yaxındı

Azərbaycanla Ermənistan arasında Qarabağda basdırılmış mina xəıritələri ilə bağlı danışıqlar davam edir.
 
Miq.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 23-31 avqust tarixlərində Bakı ilə Yerevan sayca üçüncü dəfə bu barədə razılıq əldə edəcək. Belə ki, daha 15 diversantın qaytarılması qarşılığında rəsmi Yerevan Qarabağdakı mina xəritələrinin yeni siyahısı Azərbaycana təqdim edəcək.
 
Xatırladaq ki, iyulun 3-də Rusiya tərəfinin vasitəçiliyi ilə 15 diversantın qarşılığında erməni tərəfi Füzuli və Zəngilanda basdırılmış 92 min tank və piyada əleyhinə minanın xəritəsini təqdim etmişdi. Analoji mübadilə iyunun 12-də 15 Ermənistan vətəndaşı qarşılığında Ağdam rayonunda basdırılmış 97 min minanın xəritəsinin rəsmi Bakıya təqdim edilməsi ilə nəticələnmişdi.(modern.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az