Donbasın qanuni rəhbəri: Qarabağ separatçıları yoluxucudur

Donbasın qanuni rəhbəri: Qarabağ separatçıları yoluxucudur

Azərbaycan və Ukrayna mütləq ərazi bütövlüklərini bərpa edəcəklər.

Miq.Az xəbər verir ki, bunu "Haqqin.az" saytına açıqlamasında Ukraynanın Donetsk Vilayəti Administrasiyasının rəhbəri Pavel Jebrivski söyləyib. Onun sözlərinə görə, əgər Donetsk və Qarabağdakı separatçılar xaricdən dəstək almasaydılar, bir gün də ayaqda qala bilməzdilər:

"Azərbaycan varlı neft ölkəsidir. Hansı millətdən olmasından asılı olmayaraq, o öz vətəndaşları üçün çox şey edib. Separatçılar özlərinin yoluxucu təbliğatları ilə insanların fikrinə Donbasda olduğu kimi təsir edirlər. Sizi əmin edirəm ki, bu təbliğat işə yaramayacaq. Ona görə ki, reallıq hər zaman özünü diktə edir".

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az