“Donuz qripi” ilə bağlı Bakıda təcili mətbuat konfransı - “16 nəfər yoluxub”/ VİDEO

“Donuz qripi” ilə bağlı Bakıda təcili mətbuat konfransı - “16 nəfər yoluxub”/ VİDEO


Bu gün Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı və baş epidemioloq İbadulla Ağayev "donuz qripi” ilə bağlı mətbuat konfransı keçirib. 

BakuPost-un məlumatına görə, F. H. Harmancı Azərbaycanda 16 nəfərdə H1N1 aşkarlandığını bir daha təsdiqləyib. 

F. H. Harmancı deyib ki, 2009-cu ildə bu virusun pandemiya kimi yayıldığı zaman ona donuz qripi deyib: "Bu, artıq mövsümi qripdir. Bütün dünyada A/H1N1 virusu var. Gürcüstanda hazırda H1N1 virusu geniş yayılıb, ancaq keçən illə müqayisədə daha geniş yayılıb. Gürcüstan rəsmən donuz qripi yox, A/H1N1 virusunun yayıldığını açıqlayıb. Bu gün dünyaya Bakının müxtəlif yerlərindən təyyarələr gəlir. Bzi Azərbaycanda H1N1 virusunun olduğunu deyirik. 5 yaşından risklər, 65 yaşından yuxarı olanlar, hamilələr və səhiyyə işçiləri risk qruplarıdır. Bu risk qruplarının peyvəndi zəruridir. Azərbaycanda bunu böyütməyin yeri yoxdur. ÜST-nin saytı açıqdır, bütün məlumatlar orada yerləşdirilib. ÜST-nin qlobal sistemi var. Laboratoriyalar bu sistemlərə məlumatları daxil edir. Gürcüstanda yayılan da A/H1N1, Azərbaycanda da aşkarlanan da A/H1N1 virusudur”. 

Ölüm hallarına münasibət bildirən F. H. Harmancı deyib ki, bu virusun kütləvi ölümə yol açdığı barədə fikirlər yanlışdır. 

İ. Ağayev qeyd edib ki, Respublika Taun Əleyhinə Stansiyada bu müayinələr aparılır: "Azərbaycanda bu xəstəliyin epidemiyası, pandemiyası mövcud deyil. Azərbaycana hər gün minlərlə insan gələ bilər. Səhiyyə Nazirliyi Allah deyil ki, proqnoz versin ki, neçə nəfər xəstəliyə yoluxub? Səhiyyə Nazirliyinin xəstəliyi gizlətdiyini düşünürsünüz?”

Mətbuat konfransında bildirilib ki, Azərbaycanda A/H1N1 diaqnozu ancaq bir laboratoriyada - Respublika Taun Əleyhinə Stansiyada təsdiqlənə bilər. Həmin laboratoriya ÜST-nin qlobal sisteminə daxildir.  16 nəfərdə də virus məhz bu laboratoriyada aşkarlanıb.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az