DSX Ermənistan Müdafiə Nazirliyinə cavab verib

DSX Ermənistan Müdafiə Nazirliyinə cavab verib


Dekabrın 15-i saat 01:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir.

Miq.Az  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

"Bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk", DSX-dən bildirilib.
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az