"Dünən gecə yatmadım, Bakını gəzdim"

Bu səfər məndə çox böyük təəssürat oyadıb. Bakı qədim tarixi və müasirliyi özündə ehtiva edən bir şəhərdir. Şəhərin böyüklüyü Azərbaycan xalqının nə dərəcədə qüdrətli və böyük xalq olduğunu nümayiş etdirir. Mən dünən gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim, köhnə şəhərdə - İçərişəhərdə ekskursiyada oldum.
 
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko azərbaycanlı həmkarı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
"Bu gün burada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlamaya bilmərəm. Çünki müasir Azərbaycanın banisi məhz bu şəxs olmuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün bu dərəcədə çiçəklənən müasir ölkəyə çevrilmişdir. O ölkəyə ki, onunla beynəlxalq müstəvidə hər kəs hesablaşır", - Poroşenko qeyd edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az