Dünya çempionatında Toğrul Əsgərova haqsızlıq (VİDEO)

Dünya çempionatında Toğrul Əsgərova haqsızlıq (VİDEO)
ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərova haqsızlıq edilib.
Qol.Az-ın "sportnet.az"a istinadən yaydığı xəbərə görə 65 kq çəki dərəcəsində italiyalı Frank Çamizo Markeslə 1/4 final görüşündə hakimlər olimpiya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi olmuş Toğrulun təmiz qələbəsini qeydə almayıb. Artıq 30-cu saniyədən rəqibini yerə sərən Əsgərov onun kürəyini döşəyə sıxmağa müvəffəq olsa da, referi ona təmiz qələbə verməyə tələsməyib. Nəticədə Markes vəziyyətdən çıxıb. Amma hakimlər Əsgərova saxlama fəndinə görə də xal verməyiblər. Yekunda güləşçimiz 5:10 hesabı ilə uduzub. Millimizin böyük məşqçisi Firdovsi Umudov isə hakimlərə kəskin etiraz edib. Amma nəticə dəyişməyib.
Vətəninfo.az
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az