Dünyada ən çox raketi olan ölkə: Siyahıda Azərbaycan da var

Dünyada ən çox raketi olan ölkə: Siyahıda Azərbaycan da var
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin ordularının sahib olduqları ballistik raketlərin sayını açıqlayıb.

Axar.az xəbər verir ki, SİPRİ-nin siyahısında Azərbaycan da var.

Bildirilib ki, ordumuzun arsenalında 4 ədəd ballistik raket mövcuddur.

Siyahıda Ermənistan da 16 raketlə yer alıb. İranın 100, qardaş Türkiyənin isə 561 ballistik raketi var.

Dünyada ən çox ballistik raketə malik ölkə isə Rusiyadır. Bu ölkənin silahlı qüvvələrinin arsenalında 1400-dən çox ballistik raket var. ABŞ 1300 raketlə ikinci, Çin isə 424 raketlə üçüncüdür.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az