Düşmən düşünürdü ki, bir-iki gün sonra... - Xamenei
Düşmən hesab edirdi ki, müharibənin başlanmasından bir-iki gün sonra İranı dağıtmağa nail olacaq.
Axar.az xəbər verir ki, bu barədə İranın ali dini lideri Müctəba Xamenei bildirib.
O bildirib ki, xalqın diqqəti və hərbçilərin misilsiz cəsarəti sayəsində düşmənin düşərgəsində çaşqınlıq və ümidsizlik əlamətləri ortaya çıxıb:
"Düşmən fikirləşirdi ki, ali lideri və hərbi komandirləri öldürməklə xalqımızda qorxu və ümidsizlik yaradacaq, onları təslim olmağa məcbur edəcək və İran üzərində hökmranlıq xəyalını reallaşdıracaq, sonra isə ölkəni parçalayacaq”,- o bildirib.
Xameneinin sözlərinə görə, xalq bütün ölkə boyunca geniş müdafiə xətti və güclü istehkamlar quraraq düşmənə məğlubedilməz zərbə vurdu:
"O qədər güclü zərbə ki, düşmən ziddiyyətli bəyanatlar verməyə başladı ki, bu da vəziyyəti düzgün dərk etmədiklərinin və zəif olduqlarının göstəricisidir”, —Xamenei qeyd edib.