Düşmən etiraf etdi: “İtkilərimizin sayı getdikcə artır”

Düşmən etiraf etdi: “İtkilərimizin sayı getdikcə artır”

"Ermənistan ordusunda itkilərin sayı getdikcə artır"

Azvision.az xəbər verir ki, bu barədə "Əsgər" İctimai Şurasının sədri Marqarita Xacatryan erməni KİV-inə müsahibəsində bildirib.

"Əsgər analarını sakitləşdirmkək üçün deyirlər ki, bizim ordumuz yaxşı vəziyyətdədir. Amma bu o demək deyil ki, baş verən hadisələrə, ölümlərə bəraət qazandırmaq olar" - deyə jurnalist Marqaritaya müraciət edib.

Bu sual qarşısında çətin vəziyyətdə qalan Şura sədri Ermənistan ordusunda baş verən intiharları malalamaq istəsə də, erməni əsgərlərinin təcrübəsizliyini etiraf edib: "Ordumuzda getdikcə itkilərin sayı artır. Mən deyə bilmərəm ki, bu hadisələrin səbəbi nədir. Lakin bir məqam var. Əsgər düşməni dayandırmağa çalışan zaman ehtiyatsız davranış nəticəsində mərmini ya özünə, ya da dostuna vurur".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az