Düşmən tankı məhv edildi - MN

Düşmən tankı məhv edildi - MN
Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan "Spike” raketinin "uğursuz tətbiqinə” dair düşmənin yaydığı məlumata münasibət bildirib.
 
Miq.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a açıqlamasında deyib ki, "Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.
 
"Görünür, ermənilər üçün bu silah çox təəccübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. "Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar "qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə, problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəccüblənəcəklər”, - Vaqif Dərgahlı bildirib.
 
Azərbaycan  Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az