Düşmən təxribatı nəticəsində həlak olan Masallı sakini dəfn olunub

Düşmən təxribatı nəticəsində həlak olan Masallı sakini dəfn olunub
Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­run Ermənistan silahlı qüvvələri tərə­findən atə­şə tutulması nə­­ti­cəsin­də həlak olan ekskovatorun sürücüsü mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu Masallı rayonunda dəfn olunub.

"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, o, bu gün doğulduğu Əmirtürbə kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyətin nümayəndələri iştirak edib.
Mərasimdə qeyd olunub ki, Səfərəli Abışov bu ilin aprel ayında sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən "Hərbi əmək¬daşlıq sahəsində xidmətlərə görə” me¬dalı ilə təltif edilib. O, düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.
Qeyd edək ki, Səfərəli Alışov ötən gün saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan zaman düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs 195-ci il təvəllüdlü Abışov Səfərəli Ələkbər oğlu aldığı güllə yarasından həyatını itirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az