Düşmənin yeni təxribatı– Azərbaycana qarşı mülki təyyarədən istifadəyə hazırlıq gedir

Düşmənin yeni təxribatı– Azərbaycana qarşı mülki təyyarədən istifadəyə hazırlıq gedir
Ermənilərin daha bir provokasiyası – Azərbaycana qarşı mülki təyyarədən istifadəyə hazırlıq gedir 

Ermənistan mülki hava gəmilərindən (təyyarələrdən) hərbi məqsədlər üçün istifadə imkanlarını nəzərdən keçirir.

"AzeriDefence”nin Ermənistan mətbuatında yayıımlanan xəbərlər əsasında apardığı araşdırmaların nəticələrinə görə, ermənilərin bu ideyasının reallaşması Azərbaycan üçün ciddi problemlər meydana çıxaracaq.

Belə ki, İrəvanda keçirilən "ArmHiTec-2016” müdafiə sərgisində Ermənistanın "65 nömrəli hərbi zavod”unun əməkdaşı Rafiq Soqomonyan bu planın bəzi təfərrüatlarını açıqlayıb.

Zavodun istehsal etdiyi və üzərində işlədiyi raketlər barədə rəsmi "Armenpress” agentliyinə danışan müəssisə rəsmisi bəzi maraqlı məqamları açıqlayıb.

R.Soqomonyan zavodda istehsal edilən idarə olunmayan raketlər barədə danışarkən deyib: "Biz həmçinin 10 km məhvetmə uzaqlığına malik idarə olunmayan raketləri istehsal edirik. O raketləri həm yerdən, həm də mülki təyyarədən buraxmaq olar. Bir uçuş zamanı təyyarədə 20-dək raket yerləşdirmək olar”.

 Ermənistanda istehsal edilmiş idarəolunmayan raket – ArmHiTec-2016 sərgisində

Araşdırmalar zamanı gəlinən qənaət ondan ibarətdir ki, müəssisə nümayəndəsinin bir az da "özünü reklam”a qapılaraq açıqladığı bu informasiya ermənilərin növbəti provokasiya planları barədə xəbərdarlıq sayıla bilər.

Ermənilərin son illərdə mülki əhalidən, mülki texnikalardan istifadə etməklə öz hərbi planlarını gerçəkləşdirməsinə dair Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən kifayət qədər faktlar ortaya qoyulub. "Azeri Defence”nin ekspertlərinin fikrincə, bunu nəzərə alıb, ermənilərin xəbərini diqqətlə analiz edərək, Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası İCAO qarşısında məsələ qaldırmalı, beynəlxalq təşkilatlara xəbərdarlıq etməlidir.

"Mülki kodu olan, beynəlxalq və ya lokal səviyyəli uçuşlar yerinə yetirən hava gəmilərinin rəqibin ərazilərinin bombalanmasında və digər hərbi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Silahlandırılmış və hərbi məqsədlər üçün istifadə edilən təyyarələrin vurulmasından ermənilər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar”, – deyə saytın ekspertləri bildiriblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az