"Düz yoldayıq, gəmimizi cənnətə aparacağıq...” - Paşinyandan qəribə sözlər


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün deyib ki, "ölkəmizin başına gələn fəlakətlərin günahkarı biz deyilik".

Teleqraf.com xəbər verir ki, o, Vətəndaş Günü münasibətilə xalqına müraciətdə deyib:

"2020-ci ildə baş vermiş fəlakətli 44 günlük müharibədən sonra ilk növbədə vətəndaş təkcə öz dövlətində xaosa imkan vermədi, həm də müharibədən sonrakı ən çətin dövrdə ölkəmizin demokratik imicini yüksəltdi".

Nikol Paşinyan ermənilərin ənənəvi əzabkeş obrazına da toxunub: "Biz təsvirolunmaz, açığı, bəzən dözülməz çətinliklərdən keçmişik və keçirik. Hər gün, hər saat, hər addımda bizə şübhə və tərəddüd infeksiyası yoluxdurmağa, keçmişimizə və gələcəyimizə, ən əsası isə missiyamıza inamımızı sarsıtmağa çalışırlar.

Çağırış edirəm, hamınızdan xahiş edirəm, hamınızdan tələb edirəm. Tərəddüd etməyin, şübhə etməyin. Ölkəmizin başına gətirilən fəlakətlərin müəllifi biz deyilik, bizim qismətimizə amansız tale düşüb".

Ermənistan baş naziri xalqına mifik gələcək vəd edib: "Eyni zamanda müqəddəs bir missiyamız olub. Bu missiya uzun illər hamımızın başına gələn qaçılmaz və fəlakətli hadisələr zamanı vətənimizə rəhbərlik etmək və onu dinc, firavan, xoşbəxt gələcəyə aparmaqdır. Biz düzgün yoldayıq və gəmimizi fırtınalı okeanda dinc cənnətə aparacağıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az