“İnsanlar arasında bəzi söhbətlər gedir ki, guya məşhurlar toxunulmazdır və onlara heç bir protokol tərtib olunmur, onların əməllərinə göz yumulur”.
ANS PRESS-in məlumatına görə, bu sözləri “Xəbər Sizsiniz” verilişində qonaq olan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov deyib.
O, bildirib ki, məşhurların çəkdirdikləri avtomobillə bağlı "klip" DYP əməkdaşları tərəfindən araşdırılıb və müvafiq cəzalar tətbiq edilib. Onun sözlərinə görə, xətaları lentə alıb internet saytlarında yerləşdirmək həmin vətəndaş barəsində tədbir görülməsinə imkan verir. Adlarını qeyd etmək istəməzdim, amma tanınan şəxslər arasında sürücülük vəsiqəsi olmayanlar var. Onların bəzən polisin “Dur!” əmrinə tabe olmayıb yola davam etmələri halları baş verir. Məşhurların hamısı törətdikləri xətaya görə cavab verir. Hətta Tolik Qazax yolunda xəta törədib və bunun qarşılığı olan yüz manat cəriməsini ödəyib”.
Vaqif Əsədov həmçinin, onu da qeyd edib ki,müğənnilərə çəkdirdikləri kliplərdə yol hərəkəti qaydalarının pozulma halları ilə bağlı xəbərdarlıq edilib.
“Müğənnilər klipdə avtomobillə çəkilirlərsə, onda təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Sevda Yahyayeva avtomobillə çəkdirdiyi klipə görə bizim tərəfimizdən xəbərdarlıq edilib”.
Vaqif Əsədov qeyd edib ki, araşdırmalar göstərir ki, xeyli sayda müğənni etdikləri qayda pozuntularına görə, onlara qarşı qanunla nəzərdə tutlmuş cəza tədbirləri görülüb.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto