DYP-nin şöbə rəisinin oğlu “Range Rover”lə qəzaya düşdü – FOTO

DYP-nin şöbə rəisinin oğlu “Range Rover”lə qəzaya düşdü – FOTO
Qəza nəticəsində xəsarət alan sürücü Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım” maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.

Miq.az-ın report-a istinadən verdiyi məlumata görə, hazırda yaralının müalicəsi davam etdirilir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.

****

Bakıda aeroport yolunda xəsarətlə nəticələnən qəza baş verib. 

Miq.az -ın APA-ya istinadən xəbərinə görə, "Range Rover” markalı avtomobil yoldakı dəmir arakəsmələri yuyan "KamAZ” markalı texniki xidmət avtomobilinə arxadan çırpılıb. 

FHN xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.  

Məlumata görə, xəsarət alan sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin texniki təminat üzrə şöbə rəisi 31 yaşlı kapitan Hüseynov Cabir Firdovsi oğludur.  

Faktla bağlı araşdırma aparılır.













İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az