Döyüş qızışdı: Rusiya ordusundan sərt hücum – Ukrayna bu ərazilərini itirdi

Döyüş qızışdı: Rusiya ordusundan sərt hücum – Ukrayna bu ərazilərini itirdi

Ruslar Silahlı Qüvvələri 4 istiqamətdə Ukraynanın mövqelərini aviasiya və artilleriyadan atəşə tutmağa başlayıb. Severodonetsk uğrunda döyüşlər gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Rusiya qoşunları Severodonetskdə Novotoşkivske-Orixove istiqamətində irəliləyir. Ruslar qismən uğur qazanıblar, Orixove kəndinin şimal istiqamətində möhkəmləniblər. Rusiya Severodonetsk şəhərində hücum əməliyyatlarını davam etdirir”, - açıqlamada bildirilib.

Baş Qərargah qeyd edib ki, Rusiya qüvvələri Baxmut istiqamətində Nikolayevka və Komışuvaxaya hücum etmək üçün yenidən qruplaşırlar. Qoşunların qruplaşdırılmasını gücləndirmək üçün bir batalyon taktiki qrup göndərilib.

Məlumata görə, Rusiya qüvvələri Avdeyevka, Kuraxov, Novopavlov və Zaporojyedə aviasiya və artilleriyadan fəal şəkildə istifadə edərək, Ukrayna ordusunun hərəkətini dayandırıb və ehtiyatların digər ərazilərə göndərilməsinin qarşısını alıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az