Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qida zəhərlənmələri ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Yay mövsümündə qida zəhərlənmələri əsasən şirniyyat məhsullarından, o cümlədən kremli tortlardan olub.
Mərkəz mövsümlə əlaqədar baş verən qida zəhərlənmələri ilə bağlı araşdırma aparır. İlkin nəticələrə görə, zəhərlənmələr əsasən evdə hazırlanan məhsullardan baş verib. Həmçinin qidanın hazırlanma, saxlanma, daşınması və istifadəsi zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulması halları müəyyənləşdirilir.
Mərkəz xəbərdarlıqda qeyd edir ki, qida zəhərlənmələrinin baş verməsinin əsas səbəbi qidanın emalı, saxlanması, daşınması və satışı zamanı müvafiq qaydaların və normativlərin pozulması nəticəsində qidanın bakteriyalarla çirklənməsi ola bilər. Bu cür halların baş verməsi əsasən termiki emaldan keçmiş qidaların, soyuq qəlyanaltıların, kremli tortların, saxlanması soyuq mühit tələb edən digər qidaların saxlanma şəraitinə və müddətinə əməl edilməməsidir.
Qida zəhərlənməsi baş vermiş ictimai iaşə müəssisəsinin rəhbərləri, sahibkarlar və fiziki şəxslər sanitariya norma və qaydalarının pozulmasına görə məsuliyyət daşıyırlar.
Mərkəz məhsulların saxlanılma şəraitinə riayyət olunmasını tövsiyə edib.
Qeyd edək ki, bu ilin birinci yarısında 331 qida zəhərlənməsi hadisələri qeydə alınıb. Zəhərlənmələr nəticəsində 418 nəfər zərər çəkib. 6 ayda 14 nəfər botulizm ilə xəstələnib.
virtualaz.org
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT