Əhməd Davudoğlu şəhidlər üçün keçirilən mərasimdə ağlayıb

Əhməd Davudoğlu şəhidlər üçün keçirilən mərasimdə ağlayıb
Türkiyənin baş naziri Əhməd Davudoğlu Hakkari vilayətinin Yüksəkova rayonu ərazisindəki Dağlıca zastavasında şəhid olan 16 əsgərin cənazəsinin gətirildiyi Van şəhərində keçirilən mərasimə qatılıb.
Vətəninfo.az məlumat verir ki, APA-nın "milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, şəhidlər üçün Vandakı Jandarma Komandanlığında təşkil olunan rəsmi mərasimdə çıxış edən Ə. Davudoğlu göz yaşlarını saxlaya bilməyib.

 Mərasimdən sonra şəhidlərin cənazələri evlərinə göndərilib.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az