Əhməd Davutoğlu və İstanbul polisinin şefi Etimad İsmayılovla vida mərasimində
Dünən İstanbulda öz ofisində qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi keçirilib.
"Haberler.com” yazır ki, Florya Yeni Camidə baş tutan mərasimə E.İsmayılovun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva 5 yaşlı oğlu və yaxınları qatılıblar.
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, İstanbul polis rəisi Mustafa Çalışqan, "Star” qəzetinin rəhbəri Nuh Albayraq, "Anadolu” agentliyinin İstanbul bölgəsi üzrə müdiri Hüseyin Altınalan, "24 TV”nin rəhbəri Nagehan Alçı, jurnalistlər Saaadet Oruç, Həlimə Kökçə və digər tanınmış simalar S.Nuriyevanı tək qoymayıblar.
Cənazə namazı qılındıqdan sonra E.İsmayılovun nəşi Azərbaycana göndərilmək üçün Atatürk Hava Limanına yola salınıb./virtualaz.org/
Miq.Az