Əlavə olaraq 200-dən çox avtobus xəttə buraxılacaq

"Bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi ilə 15 mindən çox sərnişinin daşınması gözlənilir”

 Qurban bayramı ilə əlaqədar sentyabr ayının 22-dən 27-ə kimi Bakı Beynəlxalq Avtovağzalında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Vətəninfo.az  xəbər verir ki, bunu "APA-Economics"ə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

M. Abdullayev vurğulayıb ki, bayram günlərində sərnişinlərin daşınması üçün 200-dən artıq nəqliyyat vasitəsi əlavə olaraq xəttə buraxılacaq: "Ehtiyat maşınlar artıq hazırdır. Lazımi sayda sərnişinin daşınması üçün 200-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq xəttə ayrılacaq.

Kompleksin nümayəndəsi bayram günlərində biletlərin qiymətinin qanunsuz şəkildə artırılmasına qarşı mübarizə aparılacaq: "Bayram günlərində neqativ halların qarşısının alınması üçün 8 nəfərdən ibarət müvafiq komissiyamız fəaliyyət göstərir. Həmin komissiyanın üzvləri biletlərin qiymətlərinə nəzarət edəcək. Biletlər yalnız kassalar vasitəsilə satılacaq. Hər hansı bir marşrutda sərnişin sıxlığı yarandıqda, bilet olmadıqda, məsələ yerindəcə həllini tapacaq, sərnişin yola salınacaq”.

"Bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi ilə 15 mindən çox sərnişinin daşınması gözlənilir”

Vətəninfo.az  xəbər verir ki, bunu "APA-Economics"ə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

M. Abdullayev vurğulayıb ki, bayram günlərində sərnişinlərin daşınması üçün 200-dən artıq nəqliyyat vasitəsi əlavə olaraq xəttə buraxılacaq: "Ehtiyat maşınlar artıq hazırdır. Lazımi sayda sərnişinin daşınması üçün 200-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq xəttə ayrılacaq.

Kompleksin nümayəndəsi bayram günlərində biletlərin qiymətinin qanunsuz şəkildə artırılmasına qarşı mübarizə aparılacaq: "Bayram günlərində neqativ halların qarşısının alınması üçün 8 nəfərdən ibarət müvafiq komissiyamız fəaliyyət göstərir. Həmin komissiyanın üzvləri biletlərin qiymətlərinə nəzarət edəcək. Biletlər yalnız kassalar vasitəsilə satılacaq. Hər hansı bir marşrutda sərnişin sıxlığı yarandıqda, bilet olmadıqda, məsələ yerindəcə həllini tapacaq, sərnişin yola salınacaq”.

Onun sözlərinə görə, bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi ilə 15 mindən çox sərnişinin daşınması gözlənilir.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az