”Eldəniz Quliyevin naturasında gədəlik var..."
Milli Şuranın üzvü, EL hərəkatı Ali Məclisinin sədri Eldəniz
Quliyev facebook.com sosial şəbəkəsində BAXCP sədrinin müavini
Niyaməddin Orduxanlı ilə bağlı yazdığı təhqir status qarşı tərəfin də
sərt reaksıyasına səbəb olub. Niyaməddin Orduxanlı Eldəniz Quliyevi gədə
adlandırıb:
”Eldəniz Quliyevin naturasında
gədəlik var! Baxın, bu adamlar Cəmil Həsənlinin, Əli Kərimlinin
ətrafında olanlardı. Milli Şuranı təmsil edirlər. Adı təribiyələri belə
yoxdur. Bu "tərbiyə” ilə hələ ziyalılıqdan, demokratıyadan danışırlar.
Hakimiyyətə iddia edirlər. Görünür, mənim Cəmil Həsənlinin mərhum
prezident Heydər Əliyevlə indiki prezident İlham Əliyev haqqında tərif
dolu yazdığı kitabları facebook sosial şəbəkəsində yaydığıma görə,
Cəmil Həsənli ilə Əli Kərimli ciddi narahat olmağa başlayıblar. Və onlar
da bu küçə adamı olan Eldəniz Quliyevi qabağa verib, yazı yazdırırlar.
Bilirsiniz ki, məhkəmənin qərarı ilə Eldəniz Quliyev bir neçə gün küçə
süpürməlidir və hər gün də gedib şəhərin mərkəzi küçələrini süpürür.
Yəqin küçə süpürən zaman zibillikdə it - küçüklə çox ünsiyyətdə
olduğundan onların xasiyyətini mənimsəyib. Bu da dönüb olub qoca köpək.
Ona görə də normal cavab vermək əvəzinə bu cür hürməklə məşğul olur.
Eldəniz Quliyev üstümə hürdürən Cəmil Həsənli buna söz verdiyi
hollivuddur. Ancaq hələ də qovva həpənnd qanmır ki, bu səviyyə ilə
Biləcəridən o tərəfə keçə bilməz. Bu günə kimi heç kim deyə bilməz ki,
mən kimisə təhqir etmişəm. Yalnız faktlar qeyd etmişəm, təhqirsiz.
İnsanı təhqir etmək acız və axmaq adamların işidir. Cəmil Həsənli də,
Əli Kərimli də fakta cavab vermək əvəzinə həmişə təhqirə əl atır, gədə -
güdəni qabağa verirlər. Cəmil Həsənli, çıxın cavab verin ki, bu kitabı
mən yazmamışam və bu fakt yalandır. Bütün bunlar mən deputat olduğum
zaman baş verməyib. Mən böhtan atmıram. Cəmil Həsənli deputat olduğu
dövrdə , 2009-cu ildə bu kitabı yazıb! Cəmil Həsənli deputat olduğu 10
ildə hər il dekabrın 12-də Fəxri Xiyabana gedib mərhum Heydər Əliyevin
məzarı qarşısında baş əyib! Cəmil Həsənli deputat olanda bu kitabı
qoltuğuna vurub nazirlərin, komitə sədrlərinin qəbul otağında boynunu
büküb otururdu ki, bu kitabı onlara bağışlasın! Və yaxud da Əli Kərimli
2003 - cü ilə qədər bu hakimiyyətlə əməkdaşlıq edib! Əli Kərimli
xəyanətinə görə hakmiyətdən qovulub! Bütün bunların hamısı HƏQİQƏTDIR!
Ona görə də bu adamlar cavab vermək əvəzinə söyüşə əl atırlar.”
Xatırladaq
ki, Eldəniz Quliyev yazdığı bir statusda Niyaməddin Orduxanlını ağır
ifadələrlə təhqir edib. Onun "Susma" qrupunda BAXCP sədrinin müavini
haqqında yazdığı statusu da təqdim edirik: