Əli Hacı Ağaevli 34 saylı Xətai 2-ci seçki dairəsindən deputatlığa namizəd

Əli Hacı Ağaevli   34 saylı Xətai 2-ci seçki dairəsindən deputatlığa namizəd
Əli Hacı Ağaevli 1963 cü il Həştərxanbazar (Cəlilabad) rayonunun Hovuzbulaq kəndində anadan olub.1980-cı ildə orta məktəbi bitirmişdir. 1981-1983-cü illərdə keçmiş Sovet Ordusu sıralarında Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuşdur. 1983 cü ildən siyasi fəaliyyətə başlamış,(Odlar yurdu),(Çənlibel),(Varlıq),1987 ci ildən Azərbaycan Milli Azadlıq Hərakatının öncullərindən olmuşdur. 1984-1990 cı illərdə Bakı Dövlət Unveristetinin hüquq fakültəsini bitirmişdir. Cənub Rayon Neft donanmasında, Qaradağ Rayon Komsomol komitəsində katib,sonradan Neft və Qaz Kəşfiyyat idarəsində hüquqşünas,baş hüquqşünas vəzifələrində işləmişdir.Sonraki illərdə "Qaradağ" qəzetində tərcüməçi-muxbir,müstəqil ictimai-siyasi mətbu orqanı olan " Varliq" qəzetinin təsisçisi,naşiri və baş redaktoru olmuşdur. 1996-1998 ci illərdə "Varlıq" şirkətinin prezidenti kimi fəaliyyət göstərmişdir. 1998-2004 cü illərdə Kommersiya və Sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2005-ci ildə 29 saylı Səbayıl, 2010-cu ildə 34 sayılı Xətai seçki dairəsindən Azerbaycan Resublikası Milli Məclisinə namizədliyini irəli sürmüşdür. 2007- ildən bu günə kimi Hüquqi, İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin direktoru vəzifəsində çalışır. 2008-ci ildə Azerbaycan Resublikası Prezidentliyine namizədliyini irəli sürmüşdür. Əli Hacı Ağaevli Azərbaycan Ədəbiyyatı və İctimayetində sufi şair kimi tanınır. "Ruhumuzun nəğmələri"(1996),"Ruhumuz çəkər göyə" (1997 Ankara,Türkiyə), "Qoyun qisas alan gəlsin"(1998), "Buda mənəm ilahi !"(2005), Dünyadan qadın iysi gəlir (2007 Təbriz) şerlər kitabının, "Avesta və müasir dünya adlı elmi-fəlsəfi " əsərin müəllifidir. 2008-ci ildə Mehriban Əliyevanın başcılığı ilə yaradılmış "Avrasiya Araşdlırmalar Mərkəzi”nin rəy sorğularına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə ilin adamı elan olunmuşdur, 2010-cu ildə Əli Hacı Ağaevli Milli Mətbuatımızın 135 illiyinə həsr olunmuş tədbirdə Fəxri Diplom ilə təltif olunmuşdur, 2012 ci ildə yenidən "Avrasiya Araşdlrmalar Mərkəzi”nin Respublikasının ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətinə görə "QIZIL KÜRƏ” milli mükafatına,Türkiyə Respublikasının Avrasiya qəzetçilər dərnəyinin Türkiyə-Azərbaycan iki dost ölkə arasında diaspora və informasiya əlaqələrində göstərdiyi xidmətlərə görə fəxri diploma, Türkiyə və Azərbaycana qarşı ermeni lobbisinə qarşı onların yalanlarını ifşa etməkdə və dünya ictimaiətinə çatdırmaqda maddi-mənəvi həmdə misilsiz xidmətlərinə görə Turkiyyə Cumhuriyyəti dövlətinin qizil ödülünə layiq görünmüşdür. Evlidir, 4 qizi 1 oğlu və 6 nəvəsi var.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az