Millət vəkili Əli Məsimli konfransdan qayıdıb.
Bu barədə “Vətəninfo.az”a millət vəkilinin özü bildirib: “Mayın 9-dan 13-dək Baltik Assambleyasının dəvəti ilə Litvada olduq və Avropa İttifaqı ilə əməkdaşlığa həsr olunmunmuş Beynəlxalq Parlament Konfransında iştirak etdik. Konfransdə Latviya,Litva və Estoniya Parlamentlərinin sədrləri,nazirlər,alim və mütəxəssislər, BENELÜKS və Şimal ölkələrinin parlament üzvləri, komitə sədrləri, GUAM PA sədri, baş katibi və digər nümayəndələr iştirak edirdilər. Beynəlxalq Parlament Konfransında Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri geniş səpgidə müzakirə olundu”,-deyə millət vəkili qeyd etdi.
“Belə tədbirlər bizim Baltik ölkələri ilə əlaqələrimizi genişləndirir və dərinləşdirir. Baltik ölkələri ilə mütasibətlərin genişlənməsi avtomatil olara Azərbaycan üçün BENELÜKS və Şimal ölkələri ilə də əməkdaşlığımızın genişlənməsinə imkan yaradır. Bu isə öz növbəsində Yeni Qonşuluq Siyasəti Proqramı çərçivəsində görülən işlərlə yanaşı. həm də həmin ölkələr vasitəsilə Azərbaycanın Avropa İttifaqə ilə əlaqələrinin inkişafına yeni məzmun verir. Bununla yanaşı iştirak etdiyimiz Beynəlxalq Parlament Konfransı digər cəhətlərdən də fikirləşmək üçün zəngin material verdi. Hər şeydən əvvəl onu qeyd edim ki,Latviya,Litva və Estoniya arasında səmimi münasibətlər imkan vermədi ki, şeytanın fitvasına gedib, bu üç xalq arasında nifaq toxumu səpilsin və onları bir- birinə vursun. Onların parlament rəhbərləri arasındakı real səmimiyyəti gördükcə, düşünürdüm ki, əgər lənətullah Ermənistan, Cənubi Qafqazı parçalayıb öz təsir dairəsində saxalmaq istəyənin yanında yox, Qafqaz dəyərlətinidən qaynaqlanan yolda olsaydı,biz də Baltikyanı və digər ölkələrin modelindən bəhrələnib, bütün dünya üçün nümunə göstərilə biləcək Qafqaz Evi Modelini reallaşdırmaq, hər cəhətdən güdrətli bir regiona çevrilə bilmək və hər üç Cənubi Qafqaz ölkəsinin əhalisi indikindən qat-qat yaxşı yaşamaq şansı əldə edərdi”,-deyə Əli Məsimli bildirdi.
Elnur Eltürk