Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov Vətəninfo.az-a müsahibə verib. Müsahibəni oxucuların diqqətinə çatdırırıq.
- Müşfiq Əmirov yəni bir vəzifəyə qalxmaq imkanları olduğu halda, nə zamana kimi mətbuat xidmətinin rəhbəri olacaq?
- Allah sizin kimi dostların canını sağ etsin ki, dostları haqqında həmişə yüksək fikirdə olsunlar.
- Hər gün bizimlə, yəni KİV təmsilçiləri ilə işləmək nə dərəcədə çətindi?
- KIV-lə işləmək həm asan, həm də çətindi. Asandır ona görə ki, işini yaxşı bilənlər var. Çətindir ona görə ki, işini hələ də bilməyənlər var..
- Hərdən mətbuat xidmətləri də qınaq obyektinə çevrilirlər. Yəni işini bilənlər və bilməyənlər baxımından.
- Onu jurnalistlər daha dəqiq bilirlər.
- Müşfiq müəllim, olubmu ki, hansısa bir xəbərə görə hər hansı bir jurnalistlə mübahisəniz olsun, qarşı-qarşıya gələsiniz?
- Mubahisəm olmayib. Ancaq hörmətlə və səmimiyyətlə dəvət etmişəm tədbirlərə, birlikdə araşdırıb baxmışıq və yekun rəyə gəlmişik.
- Sirr deyilsə, axsam saat neçəyə kimi işdə olursunuz?
- Sonuncu jurnalist yatana qədər. (Gülür). Təbii, bu bir zarafatdır. Saat 19:00-a, 20:00-a kimi, bəzən də 21:00, 22:00-dək işdə oluram.
- Bəs ailənizə nə zaman vaxt ayırırsınız?
- Bazar günü.
- Bəs edirmi?
- Bilirsiz, ailədəki insanlar işin və işləyən adamın məsuliyyətini başa düşdükdə, heç bir problem yaşanmır.
- Cənab nazir Əli Abbasov daima mətbuata açıq bir dövlət adamı olub. Heç olubmu ki, xüsusi olaraq müəyyən bir vaxtını sizinlə ümumi mətbuatın problemlərindən danışmağa ayırsın?
- Cənab nazirin mətbuata tam açıq olması, mənim mətbuatla işlərimin yüksək səviyyədə qurulmasında başlıca rol oynayır. Əli müəllim mətbuata və mətbuat işçilərinə çox diqqətlidi.
- Müşviq müəllim, sizin bildiyim qədəri ilə gözəl qələminiz var. Niyə məqalələr yazmırsınız və yaxud da yazdıqlarınızı cəmiyyətlə bölüşmürsünüz?
- Inşallah, bir gün onları da paylaşarıq.
Vətəninfo.az