Əliməmməd Nuriyev Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfərindən yazdı

Əliməmməd Nuriyev Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstana rəsmi səfərindən yazdı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin  Gürcüstana rəsmi səfərində nümayəndə heyətinin üzvü kimi iştirak etdim. İlk növbədə onu qeyd edim ki, bu səfər ölkələrimiz arasında münasibətlərdə qarşılıqlı etimad mühtinin, xalqlarımızın dostluq bağlarının möhkəmlənməsində əhəmiyyətli töhfə kimi qiymətləndirilməlidir. Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstan Prezidenti, Baş naziri və parlament  sədri  ilə görüşlərində və apardığı danışıqlar müzakirələrdə səmimi atmosferi,  hər iki ölkəni narahat edən regional və qlobal proseslər, onların bölgəmizə təsiri açıq müzakirə olundu. 

Qənaətimə görə, bu müzakirələr Gürcüstan siyasi rəhbərliyinin cəmiyyətimizdəki ab-havanı, ölkələrimizin münasibətlərinə baxışını, regionun gələcəyi ilə bağlı yanaşmalar və dövlətimiz tərəfindən yürüdülən siyasətin daha yaxşı başa düşülməsi üçün əhəmiyyətli oldu. Şeyx həzrətlərinin bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi , təhlükəsizliyi ilə bağlı məsələlərə cəmiyyətimizin olduqca həssas münasibətini, gözləntilərini açıq şəkildə vurğulaması, izah etməsi Gürcüstanın rəsmi dairələrinin  vəziyyətin obyektiv, rasional qiymətləndirməsinə, qayğılarımızı anlamalarına yardımçı olacaq.

Şeyxülislam Allahşükür Paşazadə xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasının hüquqlarının qorunması, onların ehtiyaclarının real qiymətləndirilməsi və müvafiq addımların atılması, onları narahat edən problemlərin həllinə həssas yanaşması ilə diqqət çəkdi və bu məsələlərlə əlaqədar ən incə məqamlarla maraqlandı, maddi yardımlar göstərdi, tövsiyyələrini verdi, rəsmilərin diqqətinə çatdırdı.
QMİ sədrinin səfəri əlbətdə,  ilk növbədə Gürcüstanda yaşayan soydaşlarımız, müsəlman icmasına böyük mənəvi dəstək oldu. Şeyxülislam Allahşükür Paşazadənin  təvözakar davaranışı, ünsiyyəti, çətinliklərə bələd olması səmimi müzakirə mühiti yaratdı və Azərbaycan dövlətinin bütün mümkün vasitələrlə soydaşlarımızı dəstəkləyəcəyinə inamı artırdı.

Bir daha şahidi oldum ki, Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstanın dini və rəsmi dairələrində, soydaşlarımız arasında mənəvi nüfuzu yüksəkdir.

Bu səfər zamanı müşahidələrim Gürcüstan siyasi rəhbərliyinin ölkəmizə münasibətinin bir sıra spesifik məqamlarını da aydınlaşdırmağa imkan verdi, xüsusən Azərbaycan prezidenti, cənab İlham Əliyevə xüsusi münaisbətin, rəğbətin şahidi olduq. Hətta, bunu açıq ifadə etməkdən də çəkinmirlər,  Şeyxülislam Allahşükür Paşazadə ilə müzakirələrdə Gürcüstan Baş nazirinin "Prezident Əliyev Qafqazın ən uzaqgörən siyasətçisidir” – deməsi də diplomatik jestdən çox, məhz bu rəğbətin təzahürü kimi qiymətləndirilə bilər.

Əliməmməd Nuriyev 
Sabiq millət vəkili,
hüquqşünas,Daxili İşlər Nazirliyinin yanında İctimai Şuranın sədri 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az