Əliyev səfirin üzünə dedi ki... – Türkiyə mediası

Əliyev səfirin üzünə dedi ki... – Türkiyə mediası

Prezident İlham Əliyevin yunan səfir Nikolaos Piperiqkosu qəbul edən zaman səsləndirdiyi fikirlər, xüsusən Azərbaycanın Türkiyəyə bütün hallarda dəstək verəcəyini deməsi qardaş ölkə mediasında gündəm olub.

Miq.Az xəbər verir ki, Prezidentin çıxışı Türkiyə mediasında aşağıdakı başlıqlarla təqdim olunub:

"Anadolu” agentliyi, "CNNTürk”: "Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanı tənqid etdi, Türkiyəyə dəstək verdi”.

"Akşam.com.tr”, "Haber7.com”: "Əliyevdən Türkiyəyə Şərqi Aralıq dəstəyi”.

"Yeni Akit”: "Yunan səfiri qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevdən "halal olsun” söylədən Türkiyə çıxışı”.

"Star”: "Prezident Əliyev yunan səfirin üzünə dedi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz şəkildə dəstəkləyirik”.

"Hürriyyət”: "Azərbaycan Prezidenti Əliyevdən Şərqi Aralq mesajı”.

"Milliyyət”: "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dəstəyi: Hər mövzuda yanınızdayıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az