O, qanun layihəsinin tam hazır vəziyyətdə olduğunu da sözlərinə əlavə edib.
"Keçən müddət ərzində qanun layihəsi ilə bağlı millət vəkillərinin təklifləri, iradları tam nəzərə alınıb. Qanun layihəsi tam təkmilləşdirilib. Mən hesab edirəm ki, ikinci oxunuş üçün tam hazır vəziyyətə gətirilib.
Elə də ciddi dəyişikliklər yoxdur. Bir neçə mübahisəli maddələr var idi ki, onlarla da bağlı ümumi bir məxrəcə gəlinib. Demək olar ki, bütün konstruktiv təkliflər nəzərə alınıb. Qanun layihəsi tam hazır vəziyyətdədir.
Gözlənilir ki, oktyabr ayında Milli Məclisin iclaslarının birində "Elm hqqında qanun” layihəsi yenidən müzakirə edilsin. Ən azından komitədə bir dəfə baxıla bilər”,-deyə Şəmsəddin Hacıyev bildirib.
Qeyd edək ki, "Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi nəzərdə tutulur.
Modern.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT