Elman Rüstəmov danışdı: Dollar kreditlərinin taleyi necə olacaq?

Elman Rüstəmov danışdı: Dollar kreditlərinin taleyi necə olacaq?

Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin dollarla olan kreditlərindən danışıb. 
Miq.Az-ın məlumatına görə, baş bankir faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfrasında əlavə edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir: 

"Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər".

Baş bankir onu da vurğulayıb ki, Mərkəzi Bank uzun müddətdir ki, banklara kredit vermir: ”Biz əksinə, banklara notlar satırıq və onlar gəlir əldə edirlər. Çünki bizim kiçik portfelimiz var”.

Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları 2,2 milyard artaraq 44 milyardı keçib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az