Elmar Vəliyevi bu gənc əvəz edir - Foto

Elmar Vəliyevi bu gənc əvəz edir - Foto

Xəbər verdiyimiz kimi, iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib və o, yaralanaraq, xəstəxanaya yerləşdirilib.

Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev icra edir.

Məlumatı Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. 3 övladı var.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az