Elşad Abdullayev Ramiz Göyüşovu maliyələşdirəcək-İDDİA
Vətəninfo.az-a adını açıqlamaqdan imtina edən mənbədən daxil olan məlumata iddia edilir ki,fəaliyyəti dövründə insan transplatasiyası ilə məşğul olduğuna və saxta tələbə mübadiləsi həyata keçirildiyinə görə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin Avropada qaçıb gizlənən və Azərbaycan dövlətinə və Azərbaycan iqtidarına qarşı qaralama kompaniyalarına maddi və mənəvi dəstək durmaqdan çəkinməyən rektoru Elşad Abdullayev qarşıdakı parlamet seçkilərində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun təbliğat-təşviqar kompaniyaslna dəstək duracaq.
Adını açıqlamaqdan,amma Binəqədi RİH-də işlədiyini iddia edən mənbənin məlumatlna görə,Ramiz Göyüşov payızda keçiriləcək parlament seçkilərində Milli Məclisin sədri Oktay Əsədovun hazırda millət vəkili olduğu 8 saylı Binəqədi birinci seçki dairəsində irəli sürəcək.
Məlumata görə,hakim Yeni Azərbaycan Partiyası qarşıdakı seçlilərdə parlamentin sədrinin namizədliyin başqa bir dairədən irəli sürməyə hazırlaşır.Məlumatda o da iddia edilir ki,YAP-nın namizədlər sırasına daxil olmağı bacaran sabiq cəbhəçi,bu günün YAP-çısı Okray Əsədovun dairəsindən namizədliyi irəli sürüləcəyi üçün,indidən hətta təbliğat-təşviqar kompaniyası ilə bağlı artıq komanda da formalaşdırıb.
Mənbə iddia edir ki,Ramiz Göyüşov gözünü RİH başçısı posruna diksə də, Xaləddin İsgəndərovun son hadisələrdən hələlik özünü qorumaqla postunda qalması Ramiz Göyüşovu bu arzusunu gerçəkləşdirməsinin qarşısın kəsib.O da qarşıdakı seçkidə millət vəkili olmaqla Binəqədi rayonunda özünü daha da bərkidmək istəyir.
Mənbənin iddiasına inansaq,bu seçkidə Ramiz Göyüşova maliyyə dəstəyi duranların başında Elşad Abdullayev gəlir və bu da səbəbsiz deyil.Məlumara görə,Elşad Abdullayevlə Ramiz Göyüşov arasında qırılmaz bağlar mövcuddur və bu münasibətlər insan orqanlarının transplatasiyası ilə milyonlar əldə edən Abdullayev arasında hələ də davam edir.
Redaksiyadan: yuxarıda səsləndirilən iddialar redaksiyamıza adını açıqlamaqdan imtina edən,Binəqədi RİH də işlədiyini iddia edən mənbə tərəfindən bildirilib.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfindən mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az